Monteneqro, Albaniya, Norveç və Ukrayna Avropa Birlyinin Rusiyaya qarşı sanksiyaların 2019-cu il yanvarın 31-ə qədər uzadılmasını dəstəkləyib.
Cebhe.info-nun məlumatına görə, bu barədə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə Frederiko Moqerini açıqlama verib.
“Üzvlüyə namizəd Monteneqro və Albaniya, Azad Ticarət üzrə Avropa Assossiasiyasının üzvü Norveç, həmçinin Ukrayna bəyanata qoşulublar” - Moqerini Avroa Birlyi Şurasının rəsmi saytında bu məlumatı yerləşdirib.
Bu ölkələr milli siyasətin Aİ Şurasının qərarına uyğun olmasını təmin edəcəklər.
Qeyd edək ki, Avropa İttifaqı Şurası iyulun 5-də Rusiyaya qarşı sanksiyaların sektorlar üzrə 2019-cu il yanvarın 31-ə qədər uzadılması barədə qərar qəbul edib. Avropa İttifaqının məhdudiyyətləri maliyyə, Rusiya iqtisadiyyatının energetika, müdafiə sənayesi və ikili istifadə olunan malların istehsalını əhatə edir. Sanksiyalar bu sahələrdə fəaliyyət göstərən bir sıra rus şirkətlərinin AB maliyyə bazarlarında istiqrazlarını yerləşdirmək, Avropa banklarından kredit almaq imkanlarını məhdudlaşdırır, eləcə də həmin şirkətlərin Avropa texnologiyaları ilə təmin olunmasını qadağan edir.