İLK DƏFƏ TÜRKİYƏDƏ: TİCARƏTDƏ DOLLAR YERİNƏ YUAN DÖVRÜ BAŞLADI

 Türkiyənin Adana şəhərindən olan biznesmen, kondisioner sektorunda fəaliyyət göstərən Ergün Kurluk, ilk dəfə Çin ilə ticarətdə dollar əvəzinə yuandan istifadə edib.
Adanalı biznesmen dollar kursunun enib-qalxması ilə əlaqədar olaraq, qeyri-müəyyənliyin hakim olduğu idxalat və ixracat sektorunda problemdən çıxış yolunu Çindən idxal edilən bütün məhsulları bu ölkənin pul vahidi ilə almaqda görüb.
Çində istehsal edilən “FujiPlus” markalı kondisionerlərin Türkiyədəki distribütoru olan şirkətin sahibi bu addımın Türkiyədə ilk dəfə atıldığını bildirib və deyib: “Əgər milyon dollarlıq dövriyyəsi olan şirkətlər bunu qəbul edirsə, digər irili-xırdalı şirkətlər də qəbul edəcəklər. Çin çox çətin bir ölkədir. Əgər onlar qəbul edirlərsə, Rusiya, İran, İraq kimi ölkələrlə də öz pul vahidlərimizlə alış-veriş edə biləcəyimizə inanıram. Biz inadla səy göstərdik və bacardıq”.
Hurriyyet.org
Tarix: 1-09-2018, 22:34
Xəbəri paylaş





Xəbər lenti