ABŞ Rusiya və Çinə qarşı yeni hibrid-qırıcı hazırladı




ABŞ-ın “Lockheed Martin” korporasiyası ölkənin Hərbi-Hava Qüvvələrinə beşinci nəsil F-22 Raptor qırıcı təyyarəsinin yeni versiyasını təqdim edib.

Siam.az  Oxu.Az-a istinadən xəbər verir ki, söhbət təyyarənin hibrid versiyasından gedir.

Yeni təyyarə özündə F-22 və F-35-in xüsusiyyətlərini cəmləşdirir. Ehtimal olunur ki, bu təyyarə F-35-in elektronikası ilə təchiz olunacaq.

Nəşrin yazdığına görə, “Lockheed Martin” ABŞ ordusuna qırıcıların bir neçə versiyasını təqdim edir. Məqsəd havada Rusiya və Çinə müqavimət göstərmək üçün qırıcıları daha da yaxşılaşdırmaqdır.

Tarix: 1-09-2018, 22:35
Xəbəri paylaş





Xəbər lenti