Amerika Birləşmiş Ştatları İsrail-Fələstin münaqişəsii həlli ilə bağlı təşəbbüslə çıxış edib.
Cebhe.info Türkiyə mediasına istinadən xəbər verir ki, Vaşinqton Fələstinə İordaniya ilə konfederasiya qurması təklif edib. İsrail mətbuatının iddiasına görə, Mahmud Abbas bildirib ki, ona bu təklifi ABŞ prezidentinin nümayəndələri bildirib. Abbas həmçinin bu planı İsrailin də konfederasiyaın bir parçası olması şərti ilə qəbul edəcəyini deyib.