Rusiya FTX: İŞİD-in gəlirləri 10 dəfə azalıb


İŞİD terror qruplaşmasının gəlirləri 2014-cü ildən bəri 10 dəfə azalıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin operativ informasiya və beynəlxalq münasibətlər xidmətinin rəhbəri Sergey Beseda bildirib.

"2014-cü ildə olan maliyyə gəlirləri ilə müqayisə etsək, o vaxt bu rəqəm, təxminən, 3 milyard dollar idi. İndi isə İŞİD terror qruplaşması ildə 200-300 milyon dollar ala bilir", - S.Beseda deyib.

Onun sözlərinə görə, gəlirlərin azalması neft hasilatından və yaraqlıların nəzarət etdikləri ərazilərdə tətbiq etdikləri vergilərdən gələn maliyyənin aşağı düşməsi ilə bağlıdır.

Tarix: 3-09-2018, 21:27
Xəbəri paylaş





Xəbər lenti