BÖYÜK MÜHARİBƏ YAXINLAŞIR

 ABŞ kəşfiyyatına yaxınlığı ilə bilinən “Rand Corporation” şirkəti son hesabatında İsrail ilə İran qüvvələri arasındakı çəkişmələrin yeni bir müharibə riskini artırdığını yazıb. “Rand” ABŞ iqtidarına məsləhət görüb ki, İran-İsrail toqquşmasının qarşısını almağı bəhanə edərək, Suriyanı tərk eləməsin.
“Rand Corporation” hiyləsi
Hesabatda İsrail ilə İran arasındakı gərginliyi bəhanə edərək, ABŞ hərbçilərinin Suriyadan çıxmamalı olduğu bildirilir: “ABŞ Suriyadakı hərbi varlığını mühafizə edərək yeni bir regional toqquşmanın qarşısını ala bilər. Çünki, ABŞ, İranın Aralıq dənizindəki mənfi nüfuzunun qarşısını almaq və İŞİD-in yenidən ortaya çıxmasını əngəlləmək məqsədi güdür. Əks təqdirdə, ABŞ-ın bölgədən çıxmaq təşəbbüsündə olduğu indiki məqamda Yaxın Şərq yeni bir müharibəyə sürüklənmək riski altındadır”.
Hurriyyet.org
Tarix: 5-09-2018, 08:41
Xəbəri paylaş





Xəbər lenti