Putinin çox güvəndiyi “Xəncər” göydə tutacaq - ABŞ boş oturmur

 ABŞ Rusiyanın öyündüyü məşhur silahların "tutulması" sistemini hazırlayır. Sistemi bu ölkənin müdafiə-tədqiqat agentliyi olan DARPA təqdim edib.
Cebhe.info xəbər verir ki, ideya müəlliflərinin fikrincə, o, Rusiyanın hipersəsli silahları ilə mübarizədə effekt verəcək.
Yeni silahın hazırlanması barədə agentliyin yaradılmasının 60 illiyinə həsr olunan sərgidə məlumat verilib.
SöhbətVladimir Putinin növbəti dəfə prezident seçilməsindən sonra təqdim etdiyi "Xəncər" və "Avanqard"dan gedir. ABŞ tərəfi bu silahlardan narahat olub və onları zərərsizləşdirmək üçün sistem üzərində işləyir.
Amerikanın narahatlığına səbəb olan başqa bir amil isə Çinin də bu qəbildən olan silah hazırlığına başlamasıdır.
Amerika tərəfinin hazırladığı "Glide Breaker" uçan aparatı kiçik ölçülüdür. Hələlik aparatın başqa detalları barədə məlumat verilmir.
 
Xəzər
Tarix: 8-09-2018, 14:14
Xəbəri paylaş





Xəbər lenti