Türk hərbçilər girov götürüldü, atışma başladı - Yeniləndi
Yunanıstan-Türkiyə sərhədində yerləşən Feres rayonunda silahlı insident yaşanıb.Axar.az xəbər verir ki, bu barədə yunan mediası məlumat yayıb.
Bildirilib ki, hadisə Yunanıstan sərhədini keçən 2 türk hərbçinin saxlanılmasından sonra baş verib.
Saxlanılanlardan biri kiçik leytenant, digəri isə çavuşdur.
Olayla bağlı təfərrüatlı məlumat verilmir.
Qeyd edək ki, daha əvvəllər də sözügedən sərhəd-keçid məntəqəsində bənzər silahlı insidentlər yaşanıb.
***Yunanıstan girov götürdüyü iki türk hərbçini sərbəst buraxıb.Bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
Tarix: 9-09-2018, 21:19