Türkiyədən ABŞ-a SƏRT ETİRAZ: “BİTƏRƏFLİYİNİ İTİRİB”
Türkiyənin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: “Fələstin Azadlıq Təşkilatının Vaşinqton nümayəndələyinin bağladılması qərarı ABŞ-ın Yaxın Şərq sülh prosesində bitərəfliyini itirməsinin göstəricisidir. Türkiyə Fələstin xalqının haqlı mübarizəsində onun tərəfində durmağa davam edəcək”.ABŞ Xarici İşlər Nazirliyinin açıqlamasında Fələstin Azadlıq Təşkilatının Vaşinqton ofisinin bağlanmasının səbəbi belə izah edilir:
“Fələstin Azadlıq Təşkilatı İsrail ilə razılaşma əldə eləmək üçün ciddi səylər göstərmədi. Əksinə, bu qrup heç məlumatı olmadığı və əlaqə saxlamdığı halda ABŞ-ın sülh planını qınadı”.Hurriyyet.org
Tarix: 11-09-2018, 23:50