İRANDA BÖHRAN BÖYÜYÜR: "ÇƏTİN VƏZİYYƏTDƏYİK"

 İranın birinci vitse-prezidenti İshak Cahangiri ABŞ-ın iqtisadi sanksiyalarının təsiri altında ölkənin çətin və təhlükəli bir dövr yaşadığını bildirib.
Cahangiri Tehranda Enerji Nazirliyində keçirilən mərasimdə çıxışı zamanı ABŞ-ın beynəlxalq hüquq qanunlarını tanımadan nüvə müqaviləsindən imtina eləmklə İran xalqını təzyiq altında saxlamağa çalışdığını söyləyib.
İran dövlətinin öz problemlərini xalqa açıq şəkildə bildirməsinin lazım olduğunu söyləyən Cahangiri deyib: “Sanksiyaların təsiri böyük oldu. ABŞ iqtisadi müharibə elan elədi. Xalqa təsir eləmək üçün siyasət və media müharibəsini də işə salıb”.
İranda reformaçılar sanksiyaların sarsıdıcı təsirini qabartdığı halda, mühafizəkarlar sanksiyalar dövründə ölkənin öz iqtisadi mənbələrinin inkişaf elədiyini irəli sürürlər.
Hurriyyet.org
Tarix: 11-09-2018, 23:53
Xəbəri paylaş





Xəbər lenti