"Oğrular ölkəmizdə özlərini çox rahat hiss edirlər" – Putinin müşaviri



"Nəzarət sistemi üzündən oğrular ölkəmizdə özlərini çox rahat hiss edirlər".
 
Sfera.az xəbər verir ki, bu açıqlama ilə Rusiya prezidentinin müşaviri Andrey Belousov çıxış edib. O, nəzarət orqanlarının daha çox ancaq təmiz işləyənləri yoxladığını deyib. Təzyiqlər qanunauyğun biznes aparan şəxslərin üzərində cəmləşdiyinə görə, qeyri-leqal fəaliyyət aparan sahibkarlar özlərini rahat hiss edirlər. Buna görə də onlarla nə isə etmək mümkün deyil.

"Oğru və cinayətkarların özlərini rahat hiss etdiyi əla sistem yaratmışıq. Onlarla nə isə etmək mümkün deyil. Leqal fəaliyyət göstərən sahibkarlar isə nəzarət orqanları tərəfindən hər dəfə daha çox təzyiqlərə məruz qalırlar” – Belousov belə deyib.

Putinin müşavirinin dediyinə görə, təmiz işləyən sahibkarlar orqanların qorxusu üzündən başlarını belə qaldırmağa çəkinirlər.
Tarix: 12-09-2018, 14:06
Xəbəri paylaş





Xəbər lenti