ABŞ-DA QORXUDUCU TENDENSİYA: ENİŞ BAŞLANIR

 Morqan Stenli: “Amerika bazarında eniş tendensiyası başladı”
Siam.az xəbər verir ki, ABŞ-ın ən böyük investisiya bankı və maliyyə xidməti təşkilatlarından olan Morqan Stenlinin hesabatında Amerikanın qiymətli kağızlar bazarında ucuzlaşma tendensiyasının başlandığı bildirilib.
Amerikalı şirkətlərin qazanclarının gələn ildən azalacağı proqnozu verilən hesabatda bunun gözlənildiyindən daha sürətlə baş verəcəyi deyilir.
Bazarların maliyyə şəraitinin pisləşməsinin və şirkətlərin gəlirlərinin azalmasının diqqətlə müşahidə edilməsi vurğulanan hesabatda Standard & Poor's 500 indeksinin gələn ilin iyun ayında 2 750 rəqəminə bərabər olacağı (ötən çərşənbə günü bu göstərici 2888 xal olub) proqnozlaşdırılır ki, bu da təqribən 140 xal, yəni 4,8 faiz eniş deməkdir.
Hurriyyet.org
Tarix: 13-09-2018, 14:57
Xəbəri paylaş





Xəbər lenti