“Qanuni oğru” 40 min dollarla sərbəst buraxıldı - ERMƏNİSTANDA


“Qanuni oğru” 40 min dollarla sərbəst buraxıldı - ERMƏNİSTANDA

Ermənistan məhkəməsi atışmada iştirak edən "qanuni oğru"nu sərbəst buraxıb.

Cebhe.info xəbər verir ki, söhbət Artyom Kazaryandan gedir. "Aravot" qəzetinin yazdığına görə, o, 40 min dollar müqabilində sərbəst buraxılıb. Qərarı Gümrü məhkəməsi çıxarıb.

Kazaryan başqa bir "oğru"- Andranik Soqoyanın qohumdur. O, hazırda həbsdədir və kriminal aləmdə "Zap" ləqəbilə tanınır.

2017-ci ilin iyununda Artyom şəhər mərkəzindəki kafedə atışma iştirakçısı olub. Nəticədə bir nəfər ağır yaralanıb.

Tarix: 14-09-2018, 15:06
Xəbəri paylaş





Xəbər lenti