Erməni deputat Paşinyan hökumətinə səsləndi: “Siz bu ağılla Qarabağdan uzaq dursanız yaxşıdır"


Erməni deputat Paşinyan hökumətinə səsləndi: “Siz bu ağılla Qarabağdan uzaq dursanız yaxşıdır"

“Qarabağ məsələsindən uzaq dursanız yaxşıdır”.

Cebhe.info xəbər verir ki, bunu Facebook səhifəsində Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan yazıb. O, həm də parlamentdə xarici əlaqələr komissiyasının sədridir. 

Partiya rəsmisi mövqeyini sosial şəbəkələrdə sabiq prezident Serj Sarkisyanın işğal edilən Azərbaycan torpaqlarının boşaldılması barədə danışdığı deyilən videomateriala şərh olaraq yazıb.

Partiya rəsmisi qeyd edib ki, “məxməri inqilab”la hakimiyyətə gələnlər Sarksiyanın müsahibəsindən bəzi hissələri gen-bol yayır və beləliklə onları torpaqları boşaltmaqda ittiham edirlər. "Səbəblər aydındır. Mən baş nazirə ünvanladığım və onun yayındığı sualdan sonra Paşinyanın manipulyasıyasını görməmək mümkün deyildi",- deyən Aşotyan indiki hakimiyyətin təbliğatını aparanların bacarığını şübhə altına alıb: "Yox, uşaqlar, belə ağılla siz baş nazirin piarı ilə məşğul olmayın, Qarabağ məsələsindən isə ən yaxşısı uzaq dayanın". 


Tarix: 14-09-2018, 15:10
Xəbəri paylaş





Xəbər lenti