65 yaşlı prezident postundan nə vaxt gedəcək?-AÇIQLAMA


65 yaşlı prezident postundan nə vaxt gedəcək?-AÇIQLAMA 

Rusiya prezidenti Vladimir Putin postundan getməyə hazırlaşmır.

Cebhe.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı prezidentin Mətbuat Xidmətinin rəhbəri Dmitri Peskov verib. “Rossiya-1” telekanalında yayınlanan “Moskva. Kreml. Putin” verilişində çıxış edən Peskov bu sözləri bir neçə gün bundan öncə Putinin Vladivostokda “Şərq iqtisadi forumu” çərçivəsində Çinin məşhur internet nəhənginin rəhbəri  Cek Ma ilə söhbəti müzakirə olunan zaman deyib.

Qeyd edək ki, Cek Ma ilə görüşündə təqaüdə çıxacağı  ilə bağlı söz-söhbətə münasibət bildirən Putin deyib ki, o bu enerji ilə çətin bir yerdə sakit otura. 65 yaşlı Putin vəzifədən getmək niyyətində olmadığını deyib. Peskov bunu prezidentin sağlam həyat tərzi ilə əlaqələndirib.

Tarix: 16-09-2018, 23:42
Xəbəri paylaş





Xəbər lenti