"Düşmən qardaşlar" görüşür: 90 nəfərlik məmur heyətindən sonra prezident...


"Düşmən qardaşlar" görüşür: 90 nəfərlik məmur heyətindən sonra prezident...

Cənubi və Şimali Koreya arasında münasibətləri normallaşdırmaq üçün daha bir addım atılır. Koreya prezidenti Mun Çje İn Pxenyana gedib.

Cebhe.info xəbər verir ki, bu barədə"Yonhap" nəşri yazıb. Səfər zamanı  prezident Şimaldan olan həmkarı Şimali Koreya lideri Kim Çen Inla görüşəcək.

KXDR paytaxtına Cənubi Koreya prezidenti ilə yanaşı təqribən 110- nəfər, o cümlədən məmurlar, heyət üzvləri və iş adamları da gediblər.

Sentyabrın 16-da isə Pxenyana Cənubi Koreya yüksək rütbəli dövlət məmurlarından ibarət 90 nəfərlik nümayəndə heyəti də yola düşüb.

Tarix: 18-09-2018, 10:10
Xəbəri paylaş





Xəbər lenti