"ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi Azərbaycana da təsir edə bilər".
Bunu "Report"un London bürosuna açıqlamasında Honkonqda yaşayan Çin əsilli strateq Endryu Lyunq (Andrew Leung) bildirib.
O, bu barədə ABŞ-ın Çindən idxal olunan daha 200 mlrd. dollar dəyərində mala qarşı yeni gömrük rüsumları tətbiq etməsinə münasibət bildirərkən danışıb.
Ekspertin fikrincə, ticarət müharibəsindən Azərbaycan da daxil olmaqla bütün neft ölkələri əziyyət çəkə bilər: "Çin dünyanın ən böyük neft alıcısı olduğundan onun "qara qızıl"a tələbatının azalması dünya bazarında nefti ucuzlaşdıracaq və son nəticədə ticarət müharibəsi Azərbaycan kimi ölkələrin gəlirlərinə, iqtisadi artımına təsir göstərəcək”.
Aytən Abbaslı