Daha 85 "FETÖ-çü” həbs edildi


Daha 85 "FETÖ-çü” həbs edildi

Türkiyədə Fətullah Gülənlə işbirliyində ittiham olunan 85 hərbi qulluqçu həbs edilib.

Cebhe.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qərar Ankara Prokurorluğu tərəfindən qəbul olunub. Qərar Türkiyənin Hava Qüvvələri bölmələrinə “FETÖ-çü”lərin daxil olmasının müzakirəsi zamanı verilib.

Hərbçilərlə yanaşı 110 əsgərin həbs edilməsi haqqında da qərar var. "FETÖ-çü”lərin axtarışı üçün xüsusi əməliyyat Türkiyənin 16 əyalətində keçirilib.

Qeyd edək ki, Türkiyə iqtidarı ABŞ-da yaşayan Fətullah Güləni hərbi çevriliş cəhdində ittiham edir.

Tarix: 21-09-2018, 15:19
Xəbəri paylaş





Xəbər lenti