İran üçün noyabr sınağı: İlk siqnal Əhvazda verildi


İran üçün noyabr sınağı: İlk siqnal Əhvazda verildi

İran ordusu Hörmüz boğazında hərbi təlimə başlayıb. 

Ordu ilə bərabər İran İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri də təlimdə iştirak edir. Hərbi təlimlərin sentyabrın 27-nə kimi davam edəcəyi gözlənilir. 

Cebhe.info xəbər verir ki, məsələni şərh edən politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, noyabrdan başlayaraq ABŞ-ın İranın neft satışına embarqo tətbiq edəcəyi gözlənilir. Əgər bu baş verərsə, Rəsmi Tehran dünya neft daşımalarının 20% həyata keçirildiyi Hörmüz boğazını bağlayacağını qeyd edib:

“Hazırda Hörmüz boğazında keçirilən hərbi təlimlər təsadüfi deyil, mümkün hazırlıqlar ssenarisi üzrə planlaşdırılıb. Hörmüz boğazının qapadılması, dünyada neft qiymətlərinin yüksəlişinə, həmçinin Səudiyyə Ərəbistanı- İran savaşına yol aça bilər. Təbii ki, İranın Hörmüzdə təlimləri ABŞ-a mesajdır. Noyabrdan İranın neft satışı azalarsa, ölkədə iqtisadi təlatüm yaşanacaq. Bu da ABŞ-ın İrana iqtisadi müharibəsi olacaq”. 

Politoloq hesab edir ki, İranın Hörmüzü bağlaması real görünmür:

“Əgər bu baş verərsə, ikinci körfəz müharibəsi baş verə bilər. Bu da bir neçə dövlətin iştirakı ilə (ABŞ, İsrail, Səudiyyə və Qətər istisna olmaqla) yarana bilər ki, müharibə İrana qarşı fəlakətə yol açar. Hörmüz boğazında keçirilən təlimlərlə bərabər İranın Əhvaz şəhərində İran-İraq müharibəsinin ildönümü ilə əlaqədar hərbi paradda terrakt törədildi. Bu terrakt İranın hərbi təlimlərinə cavab kimi qiymətləndirilməlidir. Qeyd edim ki, ərəblərin sıx məskunlaşdığı Əhvaz şəhərində  narazılıq daim olub. Bundan əlavə, İranın İraqla müharibəsinin ildönümündə ərəblərin yaşadığı şəhərdə parad onlara qarşı rəsmi Tehranın hörmətsizliyidir. Çünki İraq ərəb ölkəsidir. İran bu addımı atmamalı idi. Göründüyü kimi, ərəblər vasitəsilə İran hakimiyyətinə qarşı terror hücumlarına start verildi. Bu terrorun mütəmadi xarakter alması İran rejimini daxili münaqişəyə çəkməklə, Yaxın Şərqdən çıxarılımasına hesablanıb. Əhvaz terraktı rəsmi Tehran üçün siqnaldır”. 


Tarix: 22-09-2018, 22:34
Xəbəri paylaş





Xəbər lenti