Tarixdə ilk dəfə asteroiddən görüntülər əldə edilib


Tarixdə ilk dəfə asteroiddən görüntülər əldə edilib

“Xayabusa-2” zondundan buraxılan Yaponiyanın iki mini robotu tarixdə ilk dəfə asteroidin  səthində uğurlu eniş edib və alimlərə fotolar göndəriblər.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Yaponiyanın Aerokosmik Tədqiqat Agentliyinin rəsmi saytında məlumat verilir.

Bir kiloqram çəkiyə malik iki MINERVA-II1 mobil tədqiqat robotu sentyabrın 21-də “Xayabusa-2” zondundan ayrılıblar.

Onlar yaxşı vəziyyətdədir və ən azı onlardan biri Ryuqu asteroidinin səthində hərəkət edir.

MINERVA-II1 tərəfindən lentə alınan fotolar robotların hərəkəti və günəş şüalarına görə bulanıq alınıb. Ümumilikdə agentlik üç foto dərc edib.                                                                                                                                                                            Siam.az

Tarix: 24-09-2018, 08:24
Xəbəri paylaş





Xəbər lenti