Paşinyanın arvadının dəbdəbəli həyatı: Hakim partiyada narazılıq yaratdı


Paşinyanın arvadının dəbdəbəli həyatı: Hakim partiyada narazılıq yaratdı

Ermənistan baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan öz davranışları ilə ciddi tənqid edilir.

Cebhe.info xəbər verir ki, birinci xanımın hərəkətləri barədə "İrates" qəzeti yazıb. Qəzetin yazdığına görə, baş nazir Nikol Paşinyanın xanımı bütöv eskadrilyanın müşayəti ilə gedir, öz saç ustasına yüksək vəzifə etibar etdirir, gəzintiyə bir neçə mühafizəçi ilə çıxır. Onun davranışlaır hətta Paşinyanın sədri olduğu "Vətəndaş sazişi" Partiyasında da müzakirə obyekti olub. 

“Üstəlik bunu elə adam edir ki, həyat yoldaşı oliqarxlara, onların dəbdəbəli həyatına müharibə elan edib”,- deyə qəzet yazıb. 

Partiyanın kluarlarında baş nazirin arvadına  hətta parlament sədri Ara Babloyanın İsveçrəyə mühafizəçisiz səfəri xatırladılır.

Tarix: 25-09-2018, 14:10
Xəbəri paylaş





Xəbər lenti