Aİ İLƏ İRANDAN TRAMPA "SOYUQ DUŞ"!
Avropa İttifaqı ilə İran arasında idxalat və ixracat ödənişləri üçün yeni bir maliyyə mexanizmi qurulur. Bu yolla Avropa İttifaqı şirkətlərinin İran ilə “qanuni əməkdaşlığının” mümkün olması gözlənilir.ABŞ-ın İranla nüvə müaviləsindən imtina eləməsindən sonra müqaviləni imzalamış və İranla əməkdaşlıq edən digər ölkələr Avropa İttifaqı çərçivəsində qurulacaq maliyyə mexanizmi vasitəsilə neft satışı da daxil olmaqla, İran ilə idxalat və ixracat sahəsində razılaşma əldə ediblər.
İngiltərə, Fransa, Almaniya, Rusiya və Çinin xarici işlər nazirləri ilə İranın xarici işlər naziri yeni maliyyə mexanizmi barəsində yaydıqları birgə bəyanatda “Xüsusi Məqsədli Vasitə” adı verilən yeni sistemin “İranla qanuni əməkdaşlıq edən şirkətlərə kömək eləmək və təminat vermək” məqsədi daşıdığını açıqlayıb.
“Nüvə müqaviləsini qorumaq məqsədi güdür”Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini nazirlərin qapalı qapılar arxasında keçirilən iclasından sonra mətbuata açıqlama verərək, yeni maliyyə ödənişi xidmətinin İran ilə nüvə razılaşmasını da qorumaq məqsədi güddüyünü bildirib. İranın xarici işlər naziri Cavad Zərif ilə birgə açıqlama verən Mogerini deyib:
“Praktiki cəhətdən bu sistem, Aİ-nin üzvü olan ölkələrin İran ilə qanuni maliyyə əməliyyatlarını asanlaşdırmaq məqsədi güdür. Bu, Avropa şirkətlərinin Aİ qanunlarına uyğun olaraq İranla ticarətə davam eləməsini təmin edəcək. Dünyadakı digər ortaqlar da bu sistemə qoşula bilər”.Hurriyyet.org
Tarix: 26-09-2018, 17:23