Trampın sözləri iki ölkə arasında QARŞIDURMA YARATDI
ABŞ prezidenti Donald Trampın Fələstin-İsrail məsələsinin həlli ilə bağlı dediyi “Məncə ikidövlətli həll ən yaxşı çıxış yolu olar” sözləri İsrailin baş naziri Binyamin Netanyahunun başçılıq elədiyi “Likud” partiyasının üzvləri və koalisiya üzvü olan nazirlər tərəfindən tənqid edilib.Nyu-Yorkdakı dünənki çıxışında Trampın
“ikidövlətli həll” təklifinə etiraz eləməyən Netanyahu ardından
“birdövlətli həll” təklifinin də özü üçün qəbuledilən olduğunu, lakin problemin Fələstin dövlərinin adının yox, dövlətin mahiyyətinin olduğunu deyib.
Trampın açıqlamalarına Netanyahunun
“diplomatik yanaşmasını” qəbul eləməyən Likud partiyası və hökumət ortaqları Tramın ikidövlətli həll açıqlamasını tənqid ediblər.
İsrailin müdafiə naziri Aviqdor Liberman Golan təpələrinə səfəri zamanı çıxışında deyib:
“Fələstin dövləti mənim üçün maraqlı deyil, məni maraqlandıran yəhudi dövlətidir. Burada bir çox böyük problemlər var”.Liberman deyib:
“İsraildəki ərəblər əhalinin 20-%-ni təşkil edir. Bu bir reallıqlıqdır ki, İsrail bayraqları ilə yox, Fələstin bayraqları ilə nümayişə çıxırlar, etiraz mitinqləri keçirirlər. Mənim bununla bağlı problemim var. Bu, həqiqi problemdir. Yəhudi dövlətinə sahib olmaq qayğısını çəkməliyik, qalanı mühüm deyil”.Koalisiya ortaqlarından Yəhudi Evi partiyasının lideri və İsrailin təhsil naziri Naftali Benet, sosial mediada verdiyi açıqlamada Trampın İsrailin həqiqi dostu olduğunu, ancaq Yəhudi Evi partiyasının hökumətdə olduğu müddətdə Fələstin dövlətinin qurula bilməyəcəyini iddia edib. Mədəniyyət naziri Miri Regev isə deyib:
“İkidövlətli həll pis bir problemdir. Problemin fələstinlilər üçün müsbət olan həlli İsrailə zərər verməməlidir”.Yəhudi Evi partiyasının deputatı Moti Yogev deyib:
“Bundan əvvəl Fələstin dövləti olmayıb və olmayacaq da. Çünki bu toroaqlar İsrailindir. Bu səbəbdən İsrailin təhlükəsizliyi üçün təhdid olacaq, Yəhuda və Samara (İordan çayının qərb sahili) ərazilərində dövlət qurulmasına icazə verməyəcəyik”.Likud partiyasından olan deputat Gidon Saer deyib:
“İsrail topraqlarında əsla Fələstin dövləti qurulmayacaq”. Eyni partiyadan olan millət vəkili Miki Zohar isə Trampın sözlərinin onları məyus etdiyini, ABŞ prezidentini ikidövlətli həll yolunu qəbul eləməkdən çəkindirmək lazım olduğunu söyləyib. Yəhudi Evindən olan deputat Bezalel Smotriç isə
“problemin həlli İsrail torpaqlarının bölünməsində olmamalıdır“ deyib.
ABŞ prezidenti D.Tramp ilə İsrailin baş naziri B.Netanyahu, BMT-nin Baş Assambleyasında iştirak eləmək üçün gəldikləri Nyu-Yorkda dünən görüşmüşdülər. Görüşdən sonra birgə mətbuat konfransı zamanı Tramp demişdi:
“Məncə, prolemin ikidövlətli həlli ən yaxşı yol olacaqdır”.Fələstinlilərin müzakirə masasında geri dönəcəyinin “dəqiq” olduğunu irəli sürən Tramp
“İsrail də digər tərəfə doğru addımlar” atmalıdır deyərək, Tel-Əviv hakimiyyətinin də müəyyən güzəştlər eləməli olduğuna işarə vurmuşdu.
Hurriyyet.org
Tarix: 27-09-2018, 21:28