“İkinci Krım ssenarisi” bu bölgədə İŞƏ DÜŞÜB – Həyəcanlı PROQNOZ

                          Ukraynanın Zakarpatye vilayətində “İkinci Krım ssenarisi” təkrarlanır.
Siam.az  publika.az-a istinadən xəbər verir ki, belə fikirlə “ObozTV”nin efirində “Batkivşina” Partiyasından Ukraynanın xalq deputatı İqor Lusenko Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara Macarıstan pasportları verməsini şərh edərkən deyib.
O hesab edir ki, hazırda Kiyevdə iki seçim var: ya reaksiya verməmək və belə şeylərə gözlərini bağlamaq, ya da hansısa diplomatik alətlərdən istifadə etmək.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna KİV-lərində Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara Macarıstan pasportları verdiyini əks etdirən video yayılıb. Bundan sonra Ukrayna xarici işlər naziri Pavlo Klimkin Macarıstanla bağlı kəskin bəyanat verib. Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Zakarpatyedə macar pasportlarının verilməsi milli təhlükəsizlik üçün çağırışdır. Klimkin macar həmkarı ilə konsulun göndərilməsi məsələsini müzakirə etməyə söz verib.
Bunun qarşılığında Macarıstan xarici işlər naziri Peter Siyarto Ukraynanın atacağı hər hansı addıma ölkəsinin tutarlı cavab verəcəyini bildirib.
Tarix: 28-09-2018, 13:31
Xəbəri paylaş





Xəbər lenti