Gizli obyektlərdə nüvə silahı hazırlanır: Kəşfiyyatın bildiyi sirr açıldı: İsrail fotoları dünyaya göstərdi


Gizli obyektlərdə nüvə silahı hazırlanır: Kəşfiyyatın bildiyi sirr açıldı: İsrail fotoları dünyaya göstərdi

İsrailin baş naziri Binyanmin Netanyahu İranın nüvə silahı hazırlaması barədə dünya ictimaiyyətinə xəbərdarlıq edib. 

Cebhe.info xəbər verir ki, İsrail baş naziri İranın həmin nüvə silahını Tehrandakı gizli obyektlərdə hazırladığını deyib.

Netanyahu bu barədə ən yüksək kürsüdə- BMT Baş Assambleyasının sessiyasındakı çıxışında deyib.

O, həmçinin nüvə silahı hazırlanan obyektlərdə çəkilən fotoları da nümayiş etdirib. Əmin olduğunu bildirib ki, həmin gizli obyektlərdə rəsmi Tehran nüvə silahı hazırlayır.

Netanyahu çıxışında qeyd edib ki, Tehrandakı ikinci gizli zavod barədə ilk dəfədir məlumat verir. Bu barədə indiyə qədər ancaq xüsusi xidmət orqanları və MAQATE əməkdaşları bilib.

Tarix: 28-09-2018, 14:23
Xəbəri paylaş





Xəbər lenti