ABŞ-ın mühasirə planına TÜRKİYƏDƏN GÖZDAĞI

 Suriyada terror dövləti qurmaq istəyən ABŞ-ın Yunanıstandakı fəallığı son ayda daha da artıb. Afina hökumətinin Girit və Kerpe məntəqələrində hərbi baza qurmağı təklif elədiyi bildirilir. ABŞ isə Çanaqqala boğazına yaxın Dedeağaç bölgəsi ilə maraqlanır. Rusiyanın Suriyadakı güclü mövqeyi və Aralıq dənizindəki varlığına qarşı ABŞ Aralıq dənizi və Egey dənizində güclü baza fəaliyyətlərinə başlayıb.
“50 ildəki ən yüksək nöqtədəyik”
ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payettin başçılıq elədiyi Amerika heyəti Dedeağaca səfər edib. Dedeağaca hakim olmaq, Çanaqqala boğazına və Rusiya gəmilərinin keçidinə nəzarət eləmək imkanı yaradır. Amerikanın tələb elədiyi baza məkanlarının eyni anda liman və aeroporta malik olan yerləri əhatə elədiyi bildirilib.
Yunanıstan mətbuatı bu barədə yazıb: “Afina-Vaşinqton arasındakı münasibətlər son 50 ildəki ən yüksək nöqtədədir”.
Sualtı hücum təlimləri
Türkiyə isə SAT (sualtı hücum) briqadalarının ötən həftə keçirilən hərbi hazırlıq təlimləri ilə bu “mühasirə planı” barəsində mesaj verib. Türkiyənin Dəniz Qüvvələrinin seçilmiş döyüşçüləri olan SAT – sualtı hücum qrupları Aralıq dənizində döyüş təlimləri keçərək, öz qabiliyyətlərini göstəriblər.
Hurriyyet.org
Tarix: 28-09-2018, 14:37
Xəbəri paylaş





Xəbər lenti