Angela Merkelin qərarı mübahisələrə səbəb olub


Almaniyanın “Der Spiegel” dərgisi kansler A.Merkelin Prezident sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə veriləcək rəsmi yeməyə qatılmayacağını bildirib.

Musavat.com xəbər verir ki, “Deutsche Well” yazır ki, məlumat Prezident sarayı tərəfindən artıq öz təsdiqini tapıb.

Almaniyanın xarici İşlər naziri Heiko Mass bildirib ki, Merkel həmin gün Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı iclasına qatılacağı üçün Ərdoğanın şərəfinə veriləcək rəsmi nahara qatıla bilməyəcək.

Prezident Rəcəb Tayyib Ərdoğan alman həmkarı Frank Valter Steinmerin dəvəti ilə 3 günlük Almaniyaya səfər edib. Ziyarətin əsas səbəbi isə Kölndəki mərkəzi məscidin açılışını etməkdir.

Steinmeier

Merkel bu addımı ilə siyasi mesaj verir, yoxsa...

“Der Spiegel” Merkelin yeməyə qatılmamasının məqsədli olub-olmadığının hələ də dəqiqləşmədiyini bildirir:“Almaniyaya səfəri zamanı ilk dəfə hərbi mərasimlə qarşılanan Ərdoğanın səfəri uzun müddətdir ki, müzakirə olunur. Bütün bu müzakirlərdən sonra Merkelin Ərdoğanın şərəfinə veriləcək rəsmi yeməyə qatılmaması hər kəsin ağlında ziddiyyətli fikirlər yaratdı. Merkelin yeməyə qatılmama səbəbinin siyasi mesaj olmasını demək çətindir. Çünki onun əvvəllər İngiltərə kraliçası 2-ci Elizavetanın, Qətər əmirinin və Çinin dövlət başçısı Şi Çinpigin də şərəfin verilən yeməyə qatılmaması da məlumdur”.

Bəzi müxalif partiyaların təmsilçiləri də Ərdoğanın Almaniyaya səfərini birmənalı qarşılamayıblar və yerli qəzetlərə verdikləri müsahibələrdə bu barədə kəskin fikir bildiriblər.

Məleykə Ağasoy

Tarix: 28-09-2018, 16:48
Xəbəri paylaş





Xəbər lenti