Dil dolaşar, düz danışar
Tramp jurnalistin “Suriyadakı kürdlərlə (YPG) İŞİD-dən sonrakə əməkdaşlığınız necə olacaq?” sualının cavabında deyib: “Unutma, biz onlarla birlikdə çalışdıq, onlara çox yardım elədik. Onlar bizimlə birlikdə savaşdılar və bizim üçün öldülər. Onlarla, minlərlə adam bizim üçün öldü. Onlar bizim üçün öldülər, bizimlə birlikdə öldülər”. Bundan sonra Tramp necə bir siyasi xəta buraxdığının fərqinə vararaq sözünü düzəldir: “Onlar özləri üçün öldülər. Onlar gözəl insanlar idilər”.
Hurriyyet.org