“PKK ilə PYD eyni terror təşkilatlarıdırlar” - HOLLANDİYANIN XARİCİ İŞLƏR NAZİRİ
Hollandiyanın xarici işlər naziri Stefan Blok XİN Komisiyasına daxil olan millət vəkillərinin hökumətin Suriyadakı müxalifətə verdiyi dəstəklə bağlı suallarına yazılı şəkildə cavab verib. “Suriya Demokratik Qüvvələri” adı ilə fəaliyyət göstərən YPG/PKK təşkilatına Hollandiya hökuməti tərəfindən dəstək verilmədiyini bildirən Blok yazıb: “YPG tərəfindən insan hüquqlarının pozuntusu barəsində müxtəlif hesabatlar dərc edilib. Buna əlavə olaraq, YPG-nin Avropa İttifaqının terror təşkilatları siyahısındakı PKK ilə sıx əlaqəsi var”.Beynəlxalq Amnistiya Təşkilatının və İnsan Hüquqlarının Müdafiəsi təşkilatının YPG/PKK haqqındakı hesabatlarına diqqətə çatdıran Blok, YPG/PKK-nın regiondakı insanlara təzyiq göstərməsi, insan hüquqlarının pozulması, uşaqların küçədən və ya evlərindən qaçırılaraq zorla YPG/PKK sıralarına cəlb edilməsi məsələlərini vurğulayıb.
Beləliklə, avropalı nazir PKK ilə ABŞ-ın Suriyada 5000 tırdan artıq silah göndərdiyi PYD-nin eyni terror təşkilatları olduğunu rəsmən, yazılı şəkildə bəyan edib.
Tramp: “Onlar bizim üçün ölürlər”ABŞ terrorçularla açıq-aşkar əməkdaşlıq edir? Daha doğrusu, onlardan öz məqsədləri üçün istifadə edir?Avropa ölkəsindən gələn bu açıqlamadan sonra Hurriyyet.org saytında dünən verilmiş bir xəbəri xatırlatmaq yerinə düşərdi – necə deyərlər, rəsmin parçalarını birləşdirəndə, ümumi mənzərə aşkar görünür. Bu iki xəbəri də birləşdirəndə ABŞ-ın terrorçuların əli ilə nəinki Suriyada, həm də NATO müttəfiqi olan Türkiyəyə qarşı partizan müharibəsi apardığı təəssüratı yaranır. Materilalı bir daha diqqətinizə çatdırırıq:
“ABŞ prezidenti Donald Tramp media nümayəndələri ilə görüşü zamanı Rəhim Rəşidi adlı bir kürd jurnalistə çıxış üçün icazə verərkən deyib: “Buyurun, cənab Kürd”. Bu müraciət salondakıların gülüşünə səbəb olub.
Dil dolaşar, düz danışarTramp jurnalistin “Suriyadakı kürdlərlə (YPG) İŞİD-dən sonrakə əməkdaşlığınız necə olacaq?” sualının cavabında deyib:
“UNUTMA, BİZ ONLARLA BİRLİKDƏ ÇALIŞDIQ, ONLARA ÇOX YARDIM ELƏDİK. ONLAR BİZİMLƏ BİRLİKDƏ SAVAŞDILAR VƏ BİZİM ÜÇÜN ÖLDÜLƏR. ONLARLA, MİNLƏRLƏ ADAM BİZİM ÜÇÜN ÖLDÜ. ONLAR BİZİM ÜÇÜN ÖLDÜLƏR, BİZİMLƏ BİRLİKDƏ ÖLDÜLƏR”. Bundan sonra Tramp necə bir siyasi xəta buraxdığının fərqinə vararaq sözünü düzəldir: “Onlar özləri üçün öldülər. Onlar gözəl insanlar idilər”.
https://www.yenisafak.com/video-galeri/dunya/trump-kurt-gazeteciye-bay-kurt-dedi-2183077Hurriyyet.org
Tarix: 29-09-2018, 14:41