Bərzani soyadının okeanın o tayı ilə əlaqəsi - Mayk Pompeo ilə telefon danışığından sonra İraqdakı prezident seçkiləri təxirə salındı
Bərzani ailəsi müstəqillik referendumunu təkrar keçirə bilərHurriyyet.org xəbər verir ki, İraqda prezident seçkilərinn təxirə salması qərarının arxasından parlament seçkilərində qələbə çalmaq istəyən Bərzani soyadı çıxıb.Sabah Şimali İraq Kürd Regional Muxtariyyəti refional parlament seçkiləri üçün səsvermə keçirəcək. KDP-nin başçısı Məsud Bərzani əvvəlcə bu seçkilərdə partiyasının birincilik qazanmağa, ardından oktyabrın 2-də keçiriləcək İraq prezidenti seçkilərində partiyası KDP-nin namizədi Fuad Hüseyinin mövqeyini gücləndirməyə çalışacaq.
İraq prezidentləri yalnız kürd namizədlər arasından seçilir. F.Hüseyn prezident olacağı təqdirdə, ötən ildəki illeqal müstəqillik referendumu yenidən gündəmə gələ biləcək. İraq parlamentində sentyabdın 25-də keçirilən prezident seçkisi səsverməsi ABŞ xarici işlər naziri Mayk Pompeo ilə Şimali İraq Regional Kürd Muxtariyyətinin baş naziri Neçirvan Barzaninin telefon danışığından onra oktyabrın 2-nə qədər təxirə salınıb.
Tarix: 30-09-2018, 08:59