Ermənistan Paşinyanın bu fotosunu müzakirə edir: “Bizi hər yerdən təcrid etdilər”


Ermənistan Paşinyanın bu fotosunu müzakirə edir: “Bizi hər yerdən təcrid etdilər”

Ermənistan mətbuatı və cəmiyyəti Tacikistanın Düşənbə şəhərində bu günlərdə keçirilən MDB ölkələri sammitində çəkilən br fotonu müzakirə edir. 

Cebhe.info xəbər verir ki, foto MDB ökələri liderləri üçün verilən ziyafətdə çəkilib.  Ermənistanın baş naziri Nikol Paşinyan digər liderlərdən təcrid edilmiş şəkildə masanın başında oturub və yanındakı yer boşdur. Digər liderlər isə sira ilə bir-birlərinin yanında əyləşib və ünsiyyətdədirlər. 

Ermənistan mətbuatı fotunu təkcə Paşinyanın yox, onun timsalında bütün ölkənin təcrid edilməsi kimi dəyərləndirib. Müzakirələr o həddə çatıb ki, XİN məsələylə bağlı açıqlama verib. Qeyd olunub ki, iştirakçıların əlifba qaydasında yerləşdirilməsində problem olub. Çünki rus əlifbasında A hərfi ilə başlayan iki  ölkə var Azərbaycan və Ermənistan. Buna görə də bu iki ölkə arasında problem yaranmaması üçün liderlərin əyləşmə qaydasında əlifbada imtina edilib: “Masanın başında Əliyev və Paşinyanın əyləşməsi qərara alınıb, ancaq Əliyev ziyafətə Paşinyandan sonra gəldiyinə görə yer boş qalıb",-deyə XİN açıqlamasında bildirib.

Bununla belə mətbuat XİN-in açıqlamasını inandırıcı hesab etməyib və bunu Paşinyanın timasalında Ermənistanın təcrid edilməsi kimi dəyərləndirib.

Tarix: 1-10-2018, 21:09
Xəbəri paylaş





Xəbər lenti