ABŞ İranın hücumunu kəskin pislədi: Təhlükə yaradır

         ABŞ Müdafiə Nazirliyi İranın Suriyada Fəratın şərqinə ballistik raket hücumu etməsinə münasibət bildirib.
Axar.az xəbər verir ki, Pentaqon hücumu hərbi, mülki aviasiyaya təhdid və məsuliyyətsizlik kimi səciyyələndirib.
Pentaqon sözçüsü mayor Şon Robertson İranın ötən gün Suriyanın şərqində bəzi hədəflərə yönəlik raket hücumunu ABŞ rəhbərliyindəki koalisiya ilə koordinasiya etmədən həyata keçirdiyini bildirib:
"Koalisiya qüvvələrinə bir zərər verməsə də, hücumu hələ də dəyərləndiririk və oradakı mürəkkəb durumu nəzərə aldıqda, bu cür hücumlar Suriyada İŞİD ilə mübarizə aparan qüvvələri təhlükə altında qoyur".
Qeyd edək ki, İranın Əhvaz şəhərində keçirilən hərbi parada hücumdan sonra SEPAH qisas alacağını açıqlamışdı. Bundan sonra İran Əhvaz teraktının təşkilatçılarına və onların Suriyada Fərat çayının şərq sahilində yerləşən obyektlərinə raket zərbələri endirib.
Tarix: 2-10-2018, 07:30
Xəbəri paylaş





Xəbər lenti