Ermənistanda etirazçılar parlamenti mühasirəyə aldılar - YENİLƏNİB


Yerevanda etirazçılar Ermənistan parlamentinin binasını mühasirəyə alıblar.

Oxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, aksiya iştirakçıları parlamentin reqlamentinə qanunvericilik orqanının buraxılmasını əngəlləyən dəyişikliklərə etiraz edirlər. 

***

Ermənistanda etirazçılar parlament binasının girişini bağlayıblar.

Oxu.Az “”Novosti Armenia” agentliyinə istinadən xəbər verir ki, buna səbəb deputatların ikinci dəfə baş nazir seçilməsi zərurəti yarandıqda, parlamentin buraxılmasını əngəlləyən qanun layihəsinə səs vermələri olub.

Baş nazir Nikol Paşinyan etirazçılarla görüşərək bildirib ki, vacib bir işi həll etdikdən sonra qayıdıb onlara qoşulacaq.

Bildirilir ki, Yerevan sakinlərinin parlamentin giriş-çıxışı bağladıqları üçün deputatlar binadan çıxa bilmirlər.

Tarix: 2-10-2018, 22:52
Xəbəri paylaş





Xəbər lenti