“Xüsusi xidmət orqanları arasında çəkişmə dünən yaranan məsələ deyil. Casusluq da fahişəlik kimi dünyada vacib peşələrdən biridir”.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Skripal işi” ilə bağlı çıxışı zamanı deyib. O əlavə edib ki, Rusiya dəfələrlə Böyük Britaniyadan “Skripal işi” üzrə sənədləri tələb edib: “Biz dedik ki, bizə sənəd verin, baxaq görək nə edə bilirik, tədqiqat aparaq. Bizim Britaniya ilə cinayət işlərində bir-birinə yardım etmək haqqında razılaşmamız var. Sənədləri bizə verin, əslində nə baş verdiyini öyrənək”.
Xatırladaq ki, bu ilin martında Solsberidə keçmiş rus kəşfiyyatçısı Sergey Skripalla qızı Yuliya zəhərləniblər. Londonda isə buna görə Rusiyanı ittiham edirlər.