Silahlı şəxs Fətullah Gülənin iqamətgahına girmək istədi


Naməlum şəxs ABŞ-ın Pensilvaniya ştatında yaşayan nurçu təriqətinin lideri Fətullah Gülənin iqamətgahına girməyə cəhd edib. 

Virtualaz.org bildirir ki, bu barədə “Reuters” agentliyinə onun nümayəndəsi məlumat verib.

Bildirilir ki, silahlı şəxsi ərazidə mühafizəçi görüb. O, havaya xəbərdarlıq atəşi açıb və qaydanı pozan bundan sonra qaçaraq aradan çıxıb.


Hadisə ilə əlaqədar əraziyə polis çağırılıb. Asayiş keşikçiləri bir neçə maşında gəlib və təxminən iki saat orada olublar. Qeyd edilir ki, zərər çəkən və ya həbs edilən yoxdur.

Xatırladaq ki, Türkiyə hakimiyyəti Fətullah Gülənin FETÖ təşkilatını 2016-cı ilin iyulundakı dövlət çevrilişinə cəhddə iştirakda ittiham edir.

Tarix: 4-10-2018, 08:29
Xəbəri paylaş





Xəbər lenti