İsrail S-300-ü F-35 qırıcıları ilə məhv edə bilər







Rusiyanın S-300 zenit-raket komplekslərinin Suriyaya tədarükü F-35 təyyarələrinə malik İsrail Hərbi-Hava qüvvələrinin effektivliyinə təsir etməyəcək. 

Bunu İsrailin regional əməkdaşlıq naziri Tsahi Haneqbi deyib. 

O bildirib ki, S-300 kompleksləri İsrail Hərbi-Hava Qüvvələrinin əməliyyat imkanlarını məhdudlaşdıra bilməz. Nazirin sözlərinə görə, bu komplekslər İsrail ordusunda olan “stels” texnologiyalı F-35 qırıcıları aşkar edə bilmir.

Haneqbi əlavə edib ki, S-300 komplekslərinin tədarükü İsrailin Suriyaya zərbələrinin qarşısını ala bilməyəcək. O qeyd edib ki, bu komplekslər istər havadan, istər də yerdə məhv edilə bilər.(oxu.az)
Tarix: 6-10-2018, 07:59
Xəbəri paylaş





Xəbər lenti