ABŞ-ın İranla hərbi toqquşma ehtimalı artır.
Cebhe.info xəbər verir ki, belə bir ehtimalı ABŞ-ın sabiq dövlət katibi Con Kerri bildirib. Onun sözlərinə görə, ölkəsinin İranla nüvə sazişindən çıxması hərbi toqquşma ehtimalını artırıb. Press TV-nin xəbərinə görə, Kerri "Tramp müqavilədən çıxmaqla regionda hərbi toqquşma riskini artırmış olub",- deyib. "Cünki Amerikanın İranı bombalamasını istəyən insanlar var",-deyə sabiq məmur vurğulayıb.
Xatırladaq ki, 3 oktyabrda Vaşinqton İranla 1955-ci ildə bağlanan dostluq və iqtisadi əməkdaşlığa dair müqavilədən də çıxıb.