Oktyabrın 3-də Rusiyanın Kostroma vilayətində qəzaya uğramış helikopterin pilotu, çox guman ki, qəzadan daha öncə karabindən açılan atəş nəticəsində qətlə yetirilib.
Bu barədə “Qovorit Moskva” radiostansiyası güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Daha öncə qəzanın pilotun istiqaməti itirməsi nəticəsində baş verdiyi ehtimal olunurdu.
Xatırladaq ki, sözügedən qəza zamanı 4 nəfər, o cümlədən Rusiya baş prokurorunun müavini - erməni əsilli Karapetyan Saak Albertoviç həlak olub.