Yunker Avropanı Rusiya ilə düşmənçilik etməməyə çağırıb - Avropanın təhlükəsizliyi xatirinə…
«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa Komissiyasının (AK) başçısı Jan-Klod Yunker «Avropanın təhlükəsizliyi xatirinə» Rusiya ilə münaqişəyə girməməyə çağırıb.«Der Standapd» qəzetinin yazdığına görə, Yunker bəyan edib ki, haker hücumları fonunda Rusiyanın ünvanına yağdırılan ittihamlara «sakit yanaşmaq lazımdır».
O, qeyd edib ki, Avropa İttifaqı (Aİ) və Moskvanın ümumi problemləri var və onları birlikdə həll etmək dazımdır.Eyni zamanda, komissiya sədri qeyd edib ki, Aİ «Rusiyanı öz xəttini yeritməyə imkan verməməlidir».
Rusiya prezidenti Vladimir Putinin Avstriya xarici işlər naziri Karin Knayselin toyuna getməsi məsələsinə KİV-in marağını «şişirdilmiş» adlandırıb. Onun sözlərinə görə, Avstriyanın hüdudları xaricində bu məsələ «heç kimi narahat etmir».
Tarix: 6-10-2018, 21:33