ABŞ qırıcıları Ukraynaya girdi


ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcıları və C-130 nəqliyyat təyyarələri “Açıq səma-2018” təlimlərində iştirak etmək üçün Ukraynaya gəliblər.

"Ölkə.Az" xəbər verir ki, ABŞ və Ukraynanın Hərbi Hava Qüvvələrinin iştirakı ilə keçiriləcək çoxmillətli təlimlər oktyabrın 8-dən 19-a qədər Xmelnitsk və Vinnitsa vilayətlərində baş tutacaq.

ABŞ səfirliyində qeyd ediblər ki, təlimlərin keçirilməsində məqsəd “sülh və əminamanlığın möhkəmləndirilməsidir”.

Tarix: 7-10-2018, 08:11
Xəbəri paylaş





Xəbər lenti