Fransız polisi 23 çeçeni həbs etdi - Hər maşından 200 avro


Fransız polisi 23 çeçeni həbs etdi - Hər maşından 200 avro

Dəstəyə 40 yaşlı çeçen rəhbərlik edirmiş

Fransız polisi Paris şəhərinin yaxınlığında keçirdiyi əməliyyat zamanı 23 çeçeni ələ keçirib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı "Le Figaro" qəzeti yazıb.

Məlumata görə, tutulan şəxslər Polşa, Moldova və Ukraynadan Parisə daxil olan yük maşınların sürücülərinin hər birindən zorla 200 avro alırmışlar.

Ələ keçirilən zaman onların ciblərindən soyuq silahlar da götürülüb.

Qəzetin yazdığına görə, çeçenlərin yerləşdiyi məkan Livri-Qarqan şəhərində olub. Dəstəyə 40 yaşlı çeçenin rəhbərlik etdiyi deyilir.

Tarix: 15-10-2018, 07:57
Xəbəri paylaş





Xəbər lenti