Hurriyyet.org xəbər verir ki, İsrail Qüds şəhərinin şərqindəki Əl-Əhmar kəndini dağıtmağı qərara alıb. Xan əl-Əhmarda yaşayan fələstinlilər İsrailin kəndi yıxmaq qərarına qərarına qarşı çıxıblar. İsrail qüvvələri kənd sakinlərini yerlərdə sürükləyərək həbs ediblər.
Fələstinli bədəvilərin yaşadığı Xan əl-Əhmar bölgəsində qılınan cümə namazından sonra İsrail qüvvələrinin güclü nəzarəti altında keçirilən nümayişdə israilin Xan Əl-Əhmar və Fələstinə qarşı tədbirlərinə etiraz edilib. İsrail qüvvələri yaşayış ərazilərinin dağıdılması qərarına etiraz edən kənd sakinləri və fəallara qarşı insanlıqdan kənar münasibət göstəriblər. Əsgərlər fələstinliləri yerlərdə sürükləyiblər.
Bu ilin may ayında İsrailin Ali Məhkəməsi Xan Əl-Əhmar bölgəsində təqribən 190 fələstinlinin yaşadığı sığınacaqlarla bölgədəki digər məntəqələrdən gələn 170 nəfər şafirdin təhsil aldığı məktəbin dağıdılmasını qərara almışdı. Məhkəmə qərarından sonra iyul ayının əvvəlində İsrail polisinin müşayiəti ilə həmin yerləri dağıtmaq üçün bölgəyə gələn briqada yerli əhalinin və Fəlsətinin digər bölgələrindən gələn könüllülərin müqaviməti ilə qarşılaşmışdı. Həm beynəlxalq ictimaiyyətin etirazları, həm də fələstinlilərin müqaviməti səbəbi ilə İsrail qüvvələri bu işi dayandırmış, əhalinin şikayət ərizələri nəticəsində İsrail məhkəməsi yıxım qərarının icrasını təxirə salmışdı. İsrail Ali Məhkəməsi sentyabrın 5-də Xan əl-Əhmardakı yıxım qərarına etirazı rədd edərək, bölgənin 7 gün ərzində boşaldılması və söküntü işlərinin başlanması hökmünü vermişdi.