Tramp son sözünü söylədi, studiyaya sükut çökdü

 ABŞ prezidenti Donald Tramp Amerikanın CBS kanalının aparıcısı Lesli Ştala müsahibə verərkən müsahibini onu günahkar kimi göstərməyə çalışmaqda qınayıb və deyib: “Lesli, yetər. Prezident mənəm, sən yox”.
Oktyabrın 14-də, bazar günü efirə gedən veriliş zamanı Tramp medianın ona qarşı davranışından narazı qaldığını bildirən açıqlamalar verib. Aparıcı Lesli isə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi iddiaları, Trampın qaçqınlara qarşı siyasəti və hökumət kabinetindəki dəyişiklik məsələləri barəsində ona suallar verib.
Tramp həmin məsələlərlə bağlı yayılan şayiələri təkzib edib. Seçkilərə Rusiyanın müdaxiləsi iddiaları məsələsi ilə bağlı daha çox sual verən Lesliyə cavab olaraq, Tramp aparıcının onu təqsirli kimi təqdim elədiyini bildirib.
Qaçqınlara qarşı siyasətdən danışan ABŞ prezidenti Obma dövründəki qaçqın siyasətini tənqid edib və keçmiş siyasətlərin mövcud iqtidar üçün çətinliklər yaratdığını bildirib. Lesli Trampın bu mövqeyi ilə razılaşmadığını, lakin yenidən çəkişməyə qoşulmaq istəmədiyini söyləyib.
Ştal bunu dedikdə, Tramp deyib: “Lesli, yetər. Prezident mənəm, sən yox”.
Trampın bu sözləri ölkədə ciddi müzakirələrə səbəb olub.
Hurriyyet.org
Tarix: 15-10-2018, 23:33
Xəbəri paylaş





Xəbər lenti