Paşinyandan Putinə daha bir zərbə: Hiyləgər plan işə salınıb - FOTO

b_550_325_16777215_00_images_xeber_sekilleri__15.10.2018_9c7bfd76-8e58-4e9e-90fe-9cf46840ded7.jpg

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya əleyhinə apardığı fəaliyyətlə gündəmə gəlib.

Missiya.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Paşinyan Ermənistanda uzun illərdir fəaliyyət göstərən Rus dram teatırını bağlayır. İrəvanda yerləşən Stanislavski adına teatrın qapadılaması üçün işlər aparılır. Bu ideanın arxasında isə yeni Mədəniyyət naziri Lilit Makuns dayanır. O, rejissor Suren Şaxverdyanı Rus dram teatrına rəhbər təyin etməyə hazırlaşır. Şaxverdyan isə Rus dram teatrının başlanmasını istəyir. Onun sözlərinə görə, həmin binada yenə teatr fəaliyyət göstərməlidir, amma Rus dram teatrı kimi yox...

Teatr İrəvanın mərkəzindədir və əlverişli yerdədir. Uzun illər həmin binaya rəhbərlik etmək üçün mübarizə aparılıb.

İndi isə əvəziyyət dəyişib. Yeni Mədəniyyət naziri Şaxverdyanın namizədliyini dəstəkləyir. Bununla da teatrın bağlanmasına öz töhvəsini verir.
 
b_550_325_16777215_00_images_xeber_sekilleri__15.10.2018_teatr-adamyana.jpg

Xatırladaq ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya əleyhinə bir neçə qərar qəbul etməyə çalışıb. Məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturyanı və sabiq  prezident Robert Köçəryan barədə həbs qərarı çıxarılıb. Amma Rusiyanın təziqləri ilə qərar qısa müddət sonra geri götürülüb. Sözsüz ki, teatrın bağlanması barədə aparılan fəaliyyət birbaşa Nikol Paşinyanın nəzarətindədir. 

Tarix: 16-10-2018, 09:16
Xəbəri paylaş





Xəbər lenti