“SƏRSƏRİ QATİLLƏR” - Tramp Səudiyyə Ərəbistanınımı nəzərdə tuturdu, yoxsa?..
“Vaşinqton Post” qəzeti prezident Donald Trampın “sərsəri qatillər” açıqlaması ilə Riyad hökumətinə Camal Kaşıkçı məsələsi ilə bağlı çıxış yolu yaratmağa çalışdığını bildirib. Tramp demişdi: “Mənim başa düşdüyümə görə, bu işin arxasında sərsəri qatillər ola bilər”.ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü olan senator Kris Mörfi Trampın bu açıqlaması ilə bağlı belə deyib:
“Bu, boş “sərsəri qatillər” fərziyyəsini eşidən kimi, Səudiyyə rəhbərliyinin bunu bəhanə edəcəyini anladım”.“Vaşinqton Post” qəzetinin müxbirlərindən olan İşan Tarur (Ishaan Tharoor) da Səudiyyə rəhbərliyinin jurnalistin konsulluqda yoxa çıxması hadisəsini ört-basdır eləmək üçün bu cür fərziyyələrdən istifadə edə biləcəyini yazıb.
Hurriyyet.org
Tarix: 16-10-2018, 20:20