ABŞ İranın daha 20 şirkət və maliyyə qurumuna sanksiya tətbiq edib



ABŞ İranın daha 20 şirkəti və maliyyə qurumuna sanksiya tətbiq edib.

“Report” Rusiyanın “NTV” televiziyasına istinadən xəbər verir ki, məlumatı ABŞ-ın Maliyyə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, sanksiya tətbiq edilən qurumlar İran İnqilab Keşikçiləri Qvardiyasının tərkibinə daxil olan yarımhərbi “Bəsic” təşkilatının maliyyələşdirilməsində iştirak ediblər.

ABŞ-ın “qara siyahıya” düşən maliyyə qrupları, sərmayə şirkətləri, bankların mərkəzi ofisləri İranda yerləşir. 

Tarix: 17-10-2018, 13:31
Xəbəri paylaş





Xəbər lenti