Türkiyədəki konsulluqda yoxa çıxan səudiyyəli jurnalist Camal Kaşıkçı olayı ilə bağlı maraqlı məlumatlar yayılır. Onun baş konsulun gözü qarşısında istintaq edərək öldürüldüyünə dair iddialar var.
Cebhe.info xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib. "Yeni şafak" qəzeti yazıb ki, istintaqda baş konsul özü də iştirak edib və jurnalistə verilən işgəncənin şahidi olub. Hətta istintaqın səsyazısının olduğu xəbərləri də var.
Jurnalistin başının kəsildiyi, nəşinin isə yandırıldığı deyilir. Audioda baş konsul Məhəmməd Utaybiyə məxsus olduğu deyilən səsə də rastlanılıb. Bu isə onun prosesdə yaxından iştirak etdiyini deməyə əsas verib.
Xatırladaq ki, jurnalist oktyabrın əvvəlində konsulluqda yoxa çıxıb.
Xəzər