Melaniya Trampın olduğu təyyarə məcburi eniş edib.
ABŞ-ın birinci ledisi Melaniya Trampın olduğu təyyarənin kabinəsinə dolan duman məcburi enişə səbəb olub.
Trampın Filadelfiyadan havaya qalxan şəxsi təyyarəsi içəri sızan duman və yanıq qoxusu ilə əlaqədar Merilendə geri dönüb.
Təyyarədəki sərnişinlərə yaş dəsmallar paylanıb.
Qeyd edək ki, birinci xanım Filadelfiyada narkotik asılılığından əziyyət çəkənlər və onların ailələri ilə görüşəcəkdi.
Cebhe.info