Köçəryandan Paşinyana Qarabağ məsləhəti: “Göydən yerə en...”


Köçəryandan Paşinyana Qarabağ məsləhəti: “Göydən yerə en...”

“Əgər baş nazir Nikol Paşinyan xarici siyasət kursunda dəyişiklik etmək istəsə, bunu yüngül formada edəcək". 

Cebhe.info xəbər verir ki, bunu Rusiya mətbuatına müsahibəsində sabiq prezident Robert Köçəryan deyib.

Onun sözlərinə görə, Ermənistanın indiki vəziyyətində gedişləri kəskin dəyişmək çətindir: "Biz konkret hərbi-siyasi birlikdə təmsil olunuruq, bunun alternativi yoxdur. Düşünürəm ki, əgər hansısa dəyişiklik olsa belə, bu, yüngül formada olacaq".

Köçəryan hesab edir ki, əvəllər Paşinyanın kəskin siyasi gedişləri olub: “Amma müxalifətdə olub bazaların Ermənistandan çıxarılmasından, NATO-ya üzvlükdən danışmaq başqadır,  təhlükəsizliyə, Qarabağ münaqişəsinin həllinə birbaşa cavabdehlik daşımaq isə başqa. Bu zaman göydən yerə enirsən və gələcəkdə edəcəyin hər şeyə real baxırsan".
 

Tarix: 18-10-2018, 16:32
Xəbəri paylaş





Xəbər lenti