“İŞİD ABŞ-ın nəzarəti altında olan ərazidə 700 nəfəri əsir götürdü” - PUTİN
Hurriyyet.org xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin İŞİD terror təşkilatının ABŞ-ın Fərat çayı sahillərində nəzarət elədiyi bölgələrdə varlığını artırdığını bildirərək deyib: “Heç kim Fərat çayının ətrafında nələr baş verdiyini bilmir, orada hələ də İŞİD qüvvələri vardır. İŞİD ABŞ-ın Fərat boyunca nəzarətində saxladığı bölgələrdə gücünü artırdı. Terrorçular Fərat çayının cənubunda ABŞ və Avropa vətəndaşlarını, ümumilikdə 700 nəfəri əsir aldılar və 10 nəfəri edam elədilər. Lakin hamı heç bir şey olmamış kimi susur”.O, bu sözləri Soçidə keçirilən Valday Beynəlxalq Müzakirə Klubundakı çıxışı zamanı söyləyib.
Putin ABŞ-ın regionlar bağlı hədəflərini yerinə yetirmədiyini diqqətə çatdırıb, Suriyada PYD/PKK-ya arxalanaraq nəzarətində saxladığı bölgədə çox sayda problemlərin olduğunu bildirib.
Putin Türkiyənin İdlibdə uğurla çalışdığını vurğulayıb:
“Soçi razılaşması çərçivəsində İdlibdəki prosses hələlik tamamlanmayıb. Lakin türk ortaqlarımızın öz öhdəliklərini yerinə yetirdiklərini görürük. Hətta bölgədə hərbi xəstəxana belə qurdular. Türkiyə terrorçuluqla sərt şəkildə mübarizə aparır”.
Tarix: 20-10-2018, 08:48